Fərhad Göçər: “Bakıya aşıq olduğum qadınla gəldim” - MÜSAHİBƏ
Türkiyə müğənnisi Fərhad Göçər mayın 21-də Bakıda konsert verdi. Lent.az-ın informasiya dəstəyi ilə təşkil olunan konsertdən dərhal sonra sənətçi Bakı səfəri, konsertin yekunlar, şəxsi və yaradıcılıq planları barədə Lent.az-a danışdı.
- Fərhad bəy, tamaşaçılar konsertdən razı qaldı, siz tamaşaçılardan razı qala bildinizmi?
- Çox gözəl bir gecə oldu. Çox coşğulu idi. Bu, mənim Azərbaycan tamaşaçıları ilə ilk görüşüm idi. Ümid edirəm ki, hamı məmnun qalıb. Bu qədər alqışlanacağım, açığı, ağlıma belə gəlməzdi. Bütün mahnılarımı bir-bir mənimlə oxudular. Yenidən burda olmağı və belə bir gecə yaşamağı özümə arzu edirəm.
- Tamaşaçıların qane etməyən bir məqam oldu - konsert qısa sürdü, ya da onlara elə gəldi...
- Bilirsiniz niyə, çünki ara vermədən mahnılarımı oxudum. Baxdım ki, insanlar çox böyük zövqlə mahnılarımı dinləyir. Konsert arası fasiləyə belə ehtiyac duymadım.
- Neçə gün burdasınız?
- Səhər artıq dönməyi planlaşdırıram. Çünki İngiltərədə konsertim var. Öncə İstanbula, ordan da Londona gedəcəm.
- Bakı sizə hansı təəssüratları yaşatdı?
- Bakı daha gözəldir. Bir az İzmiri xatırladır. Bir şəhərdə dəniz və ya göl varsa, bu, şəhərə xüsusi gözəllik verir. Bakının küçələrini sevdim.
- Azərbaycan dinləyicisinə bir kəlmə ilə qiymət verdiniz- möhtəşəmsiniz... Bu, Bakıda təkrar konsert verməyinizə bir zəmin yaradırmı?
- Ümid edirəm. Mahnılarımın bu qədər sevərəkdən, əzbərdən oxunması məni xoşbəxt elədi. Özümü vətənimdə, Türkiyədə hiss etdim.
- Səhnəyə ilk çıxdığınızda bir qədər kefsiz olduğunuz nəzərə çapdı, amma az sonra coşğulu, nəşəli Fərhad Göçəri gördük. Nə olmuşdu və sizi nə dəyişdirdi?
- Doğrudur. Lakin mən buna tanışlıq dəqiqələri deyə bilərəm. Sonra alqışları eşitdim. Və get-gedə özümü daha yaxşı hiss etməyə başladım.
- Azərbaycanlıların sizə olan marağı çox idi, yoxsa türkiyəli pərəstişkarlar daha çox sevir?
- Kimin məni daha çox sevdiyindən danışmaq mənim tərəfimdən düzgün olmazdı. Amma burada çox sevildiyimi hiss elədim. Bu, kəlmələrə sığışdıra bilməyəcəyim böyük bir xoşbəxtlikdir.
- Adətən Azərbaycana konsert verməyə gələn türk sənətçiləri repertuarına mütləq bir neçə Azərbaycan mahnısı daxil edir. Siz “Gəl, ey səhər”lə kifayətləndiniz...
- Əslində, mən Türkiyədə “Biri bana gəlsin” proramımda tez-tez Azərbaycan mahnılarına müraciət edirəm. Azərbaycan tamaşaçılarını öz mahnılarını onsuz da bilir, həmişə eşitmək imkanı var. Fərhad Göçəri izləməyə gələnlərin Fərhad Göçər mahnılarını eşitmək istədiklərini düşündüm.
- Siz eyni zamanda həm də həkimsiniz. Bu iki sənəti uzalşdırmaq çətin olmur ki?
- Bəli, mən ixtisasca cərraham. Uzun illər bu məsləyin təhsilini almışam. Hazırda da peşəmi davam etdirirəm. Bununla bərabər professional musiqiçi kimi də fəaliyyət göstərirəm.
- Hansı peşə sizə daha yaxındır?
- Həkimlik çox müqəddəs peşədir, lakin musiqi ilə daha çox kütlənin arasında olmaq imkanım olur.
- Siz sevgi mahnılarını çox ürəkdən oxuyursunuz. Bunu duyğularınızın ifadəsi kimi qəbul etmək olarmı?
- Albomumda sevdiyim, mənə yaxın olan mahnıları səsləndirirəm. Özümü ifadə edən mahnılar oxumağa çalışıram. Lakin bir çox insanlar da va ki, ayrılığı yaşayır. O mahnı onlar üçündür, onların yaşadığı duyğuları çatdırıram.
- Şəxsi həyatınızda nələr var?
- Aşiq olduğum bir qadın var. Adı da Ömürdür. Bakıya Ömürlə bərabər gəldik. Sevgi gözəl duyğudur. Bu hissi bütün insanlara arzu edirəm. İnşallah, qış aylarında evlənməyi düşünürəm.
- Konsert bitdi. İndi şəhəri gəzəcəksiniz, yoxsa istirahətə çəkiləcəksiniz?
- Dörd saat vaxtım var. Şəhəri gəzəcəm. Gündüz bir az şəhərin mənzərəsini görmək imkanım oldu, çox bəyəndim. İndi gecə vaxtı hansı mağaza bağlı deyilsə, alış-veriş etməyi düşünürəm (gülür).
- Konsertdə “Gəl, ey səhər!” oxudunuz, musiqi mədəniyyətimizdən danışdınız. Bu da incəsənətimizə yaxın olmağınızdan xəbər verir.
- Bu ilki “Eurovision” bizdə böyük sevinc yaratdı. Siz nə qədər Hadisənin uğurlarına sevinirdinizsə, məni də o qədər Ayselin uğuru sevindirdi. Sənətçiləriniz mənə yad deyil, ələlxüsus Polad Bülbüloğlunu çox sevirəm. O da mənim kimi iki məsləyin daşıcıycısıdır.
- Artıq bir neçə türk sənətçisi burada öz biznesini qurub, sizin üçüncü peşəni seçmək kimi bir fikriniz var?
- Dediyim kimi, mən həkiməm. Düşünmürəm. Konsertlərdən fürsət tapa bilmirəm. Məncə arabir Azərbaycana konsertə gəlim, yetər.
- Bildiyimə görə, sənətçi Röyaya simpatiyanız varmış. Hətta onunla “Dön gəl” adlı mahnını birlikdə oxumalı idiniz.
- Röyanı tanıyıram, çox bəyənirəm, səsi, yorumu çox gözəldir. O ki qaldı mahnıya, təəssüf ki, o mahnı mənə gəlmədi. Eşitsəydim oxuyardım, niyə də olmasın?
- Türkiyədə jurnalistlərdən uzaq gəzməyə çalışmağınız doğrudurmu? Mən sizi Bakıda jurnalistlərə qarşı olduqca sakit və təmkinli gördüm.
- Çünki suallar xoş, arzuolunandır. Mən, sadəcə, özəl həyatımla bağlı suallardan qaçıram. Türkiyədə də mətbuatla münasibətim yaxşıdır.
- Azərbaycanda, Bakı səhnəsində duet oxumaq planınız var imiş. Niyə olmadı?
- Əslində, mən Polad Bülbüloğlu ilə bir səhnədə duet oxumaq istəmişdim. Burada onun Rusiyada yaşadığını eşitdim. Başqa bir müğənni bu səhnədə mənimlə oxumaq istəsəydi,
sözsüz, məmnun olardım.
Lalə Yusifqızı

1083