“Kurtlar vadisi”nin “Qəmzə”si arzusuna çatmadı
20 may 2009 13:10 (UTC +04:00)

“Kurtlar vadisi”nin “Qəmzə”si arzusuna çatmadı

Serialdan ayrılan manekenin ev almaq arzusu gözündə qalıb

“Kurtlar Vadisi Pusu” serialında “Memati”nin sevgilisi “Qəmzə” obrazını canlandıran maneken Didəm Taslan da filmlə vidalaşmağa hazırlaşır.
Lent.az-ın məlumatına görə, maneken serialın bu həftə yayımlanacaq 60-cı bölümündə öləcəyini bildirib. Serialdan ayrılacağı üçün üzgün olan Taslan digər seriallarda rol almaq istədiyini də qeyd edib.

“Uzun illərdir, kirayədə yaşayıram, artıq kirayə haqqı ödəməkdən bezmişdim. Bir ev almaq üçün xeyli vaxtdır, pul yığırdım, bəzən xoşuma gələn mənzil olur, amma pulum çatmır. Serialdan ayrılmağım dəqiqləşdi, deməli pul yığmağım da mümkünsüzləşdi. Yenə evsiz qaldım”, - deyən maneken aktyor və aktrisaların yaxşı pul qazandıqlarını da söyləyib: “Amma xərclərimiz də çox olur, indi yeni bir layihədə rol almaq üçün gözləyəcəyəm. Ümid edirəm ki, bu gözləmə uzun çəkməz”.

Taslan dizinin sonrakı bölümləri haqqında da danışıb: “Hazırda komadayam, beynim ölüb, gələn bölümdə öləcəyəm. Serial iyunda bitəcək. Buna görə ssenariyə əsasən, ölümlər də çox olacaq. Bu dizinin digərlərindən fərqi odur ki, heç kim nə olacağını əvvəldən bilmir. Necati Şaşmazın (“Polad Alemdar”) bir sözü var: “Bir gün mən belə gedə bilərəm”. Hər son bir başlanğıcıdr”.
Maneken serialda ölməsinə çox üzülmür. “Çünki bədənimdən bir parça qoyub gedirəm, “”Memati”yə oğlan övlad verəcəyəm. “Elif” (“Özgü Namal”) belə unudula bilər, amma mən oğlumun sayəsində ölümsüz olacağam. Seriala xoşbəxt girdim, elə də ayrılacağam”.
# 1027

Oxşar yazılar