Elza Seyidcahanın heyvanlar üçün konsertinə alim rəyi!
Müğənni Elza Seyidcahan heyvanlar üçün təşkil edəcəyi konsertin adını da müəyyənləşdirib. Bu barədə Lent.az-a açıqlamasında müğənni özü məlumat verib. O, konsertin adının “Tapmaca” olacağını bildirib. E.Seyidcahan iyunun 13-də Binə İppodromunda təşkil olunacaq konsertdə bir çox növ heyvanın tamaşaçı qismində iştirak edəcəyini bildirib: “Kim nə cürə heyvan istəsə, gətirə bilər. Əsas orada atlar olacaq. Ancaq insanların özləri ilə dekorativ heyvanlarını gətirə bilərlər. Konsertdə tamaşaçı qismində insanlar da iştirak edəcək. Tədbirə xarici vətəndaşlar və onların özlərilə gətirdikləri heyvanlar qatılacaq. Konsertdə heyvanların şəkilləri də olacaq. Şəkillər tamaşaçı qismində gələn insanların papağına, sinəsinə, yaxud qoluna yapışdırılacaq”.
Konsertə Bakı Zooparkından vəhşi heyvanlar da gətiriləcək. E.Seyidcahan Zooparkın direktoru Azər Hüseynovun buna söz verdiyini vurğulayıb: ”Bu sıraya pələng, ayı, ilan və başqa heyvanlar daxildir. Səhnədə ilanla rəqs də olacaq”.
Lent.az məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutuna müraciət edib. Zoologiya İnstitutunun Herpotologiya (sürünən heyvanları öyrənən elm) Laboratoriyasının müdiri, biologiya elmləri doktoru Sahib Əhmədov heyvanlara konsert verilməsi mövzusunu Lent.az-a şərh edib. O, əvvəlcə ilanlarla bağlı danışıb: “İlanlar vibrasiyanı – yəni silkələnməni, tərpənişi hiss edir, duyur. İlanlarda musiqi duyumu barədə isə ümumiyyətlə elmi ədəbiyyatlarda göstərilməyib. Hindistandakı ilan ovsunçuları ney ifa etməklə ilanlar hərəkət etdirir. Həmin vaxt ilan musiqini eşitməsilə deyil, neyə baxmaqla onun hərəkətilə tərpənir, davranır, hərəkət edir. Düzdür, bu, elə təqdim olunur ki, guya ilanlar musiqini duyurlar, qulaq asırlar, musiqinin ritmilə hərəkət edirlər. Ancaq əslində onlar neyin hərəkətinə, onun baxış nöqtələrinə, istiqamətlərinə uyğun başını hərəkət etdirirlər. Mən bilən, ümumiyyətlə ilanlar musiqi duyumu yoxdur. Ovsunçular var ki, dua oxumaqla ilanı çağırdığını iddia edir. Əslində, bunlar hamısı yalan şeylərdir. İlan dediyim kimi, ancaq tərpənişi, vibrasiyanı hiss edir”.
Alim bildirib ki, musiqi duyumu olan heyvanlar da var: “Ancaq söhbət yüksək eşitmə qabiliyyəti olan heyvanlardan gedir. Hətta elmdə musiqin müxtəlif bitkilərə təsiri də öyrənilib. Söhbət caz və muğam musiqisinin bitkiyə təsirindən gedir. Hindistanlı bio-kimyaçı belə bir eksperiment də aparıb. Bir şeyi də deyim ki, ilan kimi digər heyvanların da musiqinin təsiri altında hərəkət etməsinə rast gəlinmir. Düzdür, müəyyən heyvanlarda səs çıxararaq bir-birini çağırması var. Məsələn, quşların oxumaqla bir-birini özlərinə cəlb etmə xüsusiyyəti var. Erkək qurbağalar isə oxumaqla öz yerlərini dişi qurbağalara bildirmək xüsusiyyətinə malikdir. Ancaq konsert verməklə heyvanlara nəyisə dinlətdirmək olmaz. Çünki, heyvanlar həmin musiqi səsini mexaniki qıcıq kimi qəbul edər. Ancaq həmin musiqinin ritminə uyğun hərəkət, yaxud həmin musiqini analiz, yaxud təhlil etməsi mümkünsüzdür”.
Bununla yanaşı, S.Əhmədov musiqinin heyvanlara təsir edəcəyini də istisna etmir: “Məsələn, musiqi həyəcanlanmış heyvanı sakitləşdirə bilər. Yaxud onu ram edə bilər. Ancaq məsələ burasındadır ki, bu istiqamət hələ Azərbaycan elmində geniş şəkildə işlənilməyib. Məncə, belə bir şey heç dünyada da yoxdur. Söhbət elmi monoqrafiyalardan gedir”.
S.Əhmədov müğənni Elza Seyidcahanın heyvanlara konsert verməsini humanist addım sayır: “Elza xanımın heyvanları sayıb onlara konsert verməsi pis hal deyil, əksinə, mütərəqqi bir haldır. Bu, heyvanlar haqda yaxşı fikir təlqin edərək onların qorunmasına ehtiyac olumasına səsləyir”.
S.Əhmədov onu da deyib ki, heyvanların hürkməməsi üçün onlar üçün səsləndirilən musiqi seçilməlidir. O, müğənni müraciət edəcəyi təqdirdə lazımi məsləhətlər verəcəyini bildirib.
Pərvin ABBASOV

1213