Yusif Güney : “Azərbaycanlılar elə bil bankirdilər” - MÜSAHİBƏ
Türkiyənin pop ulduzu Yusif Güneyin Lent.az-a eksklüziv müsahibəsi
- Xoş gəlmisiniz və müsahibə üçün təkcə Lent.az-ı seçdiyiniz üçün təşəkkür edirəm. Bu Azərbaycan mediasi ilə birinci görüşünüzdü?
- Yox, daha öncə Rafet el Romanla birlikdə 2008-də Heydər Əliyev adına Sarayda bərabər konsertimiz olmuşdu. Ondan sonra bir neçə dəfə toylara gəlmişəm. İlk gəlişim deyil, media ilə tanışam. Bir də ki, toy, ya da konsert üçün Bakıya gəlməyim vacib deyil, Bakını sevirəm və burada dostlarım da var.
- Bir ölkədə olmaq həmin məkanın tarixi, mədəniyyəti, coğrafiyası haqqında müəyyən məlumat almaq imkanı deməkdir. Siz bu imkandan yararlana bildinizmi?
- Keçən dəfə gələndə Şəhidlər Xiyabanını gəzmişdim. Bu barədə mənə azərbaycanlı dostum, model Günay Musayeva məlumat vermişdi. Bundan başqa, bir sıra tarixi məkanları gəzmişəm. Azərbaycanın tarixi barədə xeyli informasiyam var.
- Sənətçinin başqa ölkədə maraq obyekti daha çox musiqi olmalıdır. Bəs musiqi anlamında özünüz üçün nələri kəşf etdiniz, nəyi müqayisə edə bildiniz? Azərbaycan mədəniyyətindən yararlanmaq fikriniz oldu?
- Azərbaycan musiqisi inanılmaz dərəcə zəngindir. Burada iki gitara bir balabanla musiqi hazırlanmır. Çeşidli, zəngin alətlərlə gözəl bir musiqi dinləyirsən. İnternet vasitəsilə bir çox sənətçiləri dinləyirəm, hazırda ağlıma Aygün Kazımova gəlir. Rəhim Rəhimlini çox bəyənirəm.
- Rəhim Türkiyədə işləyib. Tanışlığınız oradan başlayır?
- Yox. Azərbaycanda tanıdım. Bilirsiniz, dediyim kimi, təkcə Rəhim deyil, artıq sərhəddən kənarda məşhurlaşan adı bəlli sənətçilərimiz var ki, onları həmişə izləyir və dinləyirəm.
- Səfər zamanı həmişə xatırlayacağınız, sizi təsirləndirən bir hadisə oldumu?
- Media çox anlayışlıdır. İnsanların üstünə çox təzyiq etmirlər, rahatsız etmirlər. Türkiyədə başqa cür münasibət göstərilər. Uzaqdan şəkil çəkər, sorğusuz xəbər yazırlar. Burda enerjili, müsbət münasibət gördüm.
- Sizin üçün ən rahat olanı da şəxsi həyat barədə sual verilməməsidir, yəqin ki...
- Sadəcə, “sevdiyiniz varmı” soruşdular, “yox” dedim, başqa sual vermədilər. Amma Türkiyədə olsaydı, filan vaxt filan yerdə gördüyünüz qız kim idi, bəyəm o sizin sevgiliniz deyildimi, filan soruşardılar...
- İndiyədək aşiq olduğunuz qadınlar arasında azərbaycanlı bir xanım olubmu?
- Yox. Dürüst deyim, restoranda, tədbirdə, başqa yerdə təsirləndiyim xanımlar oldu, dönüb arxasınca baxdığım, bu nə gözəl qızdır dediyim də oldu. Amma sevdiyim...
- Yəni sizi təsirləndirən azərbaycanlı bir xanım olmayıb...
- Yox. Olmayıb. Bəlli olmaz, bəlkə burdan gedəndə ola bilər... Nədənsə aşiq olmaq istədim... (Gülür)
- İki il ərzində sürətlə populyarlıq qazandınız. Eşitdiyimə görə, Rafetin fanatı olmusunuz. Hətta onunla görüşmək üçün müxbir adı ilə müsahibəyə çağırmısınız.
- Fanatı deməyək, çox yaxşı təqib edirdim.
- Necə fanat deyildiniz ki, qırtlağına qədər gözəl təqlid edə bilmisiniz. Ən yaxşı halda sizə Rafet musiqisinin fanatı demək olar.
- İlk çıxdığı gündən bəri onu təqib etmişəm, doğrudur.
- Necə tanış oldunuz, qısa bir hekayəsini danışın.
- İngiltərədə bir konsertdə idi. Bir-iki dənə həvəskar bəstələrim var idi, onu təqdim etmək üçün getmişdim, dinləsin və oxusun. Özümdə o cəsarəti görmürdüm, müğənni olum və ya onunla birlikdə musiqi dueti ifa edim. Populyarlığımın yüzdə 60-70 faizi Rafetlə duet oxumağımla bağlıdır. Qalan pay da yəqin ki, mahnının uğuru ilə bağlıdır. Mahnını dinləyəndə “mənə niyə verirsən, özün oxusan, nə qədər gözəl səsin var”, - dedi - “İlk dəfədir konsertimdə belə bir səsdən təsirləndim. Gəl sənə bir albom hazırlayım!”...
- Musiqi təhsiliniz var idi?
- Yox, heç yox idi, həvəskardım sadəcə... İndi piano çalıram, öz bəstələrimi hazırlayıram.
- Bizdə sənətçi nə qədər istedadlı olur-olsun, əgər musiqi təhsili yoxdursa, qəbul olunmur, musiqiçi kimi qəbul edilmir.
- Bizdə də belə hallar olur. Lakin mənim üstünlüyüm İngiltərədə yaşayıb orda təhsil almağımdır.
- Yaxşı, bəs təcrübəli sənətçilərin gənc nəsli qısqanmağı necə, o da var?
- Çox var. Çox qarşılaşdım. Adını deməyəcəm, iki ildə haqqımda çox yalan xəbərlər yazıldı, bir dəfə olsun cavab vermədim.
- Bu mətbuatın yanaşmasıdır, mənsə bəlli bir nöqtədə olan sənətçiləri nəzərdə tuturam.
- İş orasıdır ki, araşdırdım və bu sifarişlərin sözünü etdiyim müğənnilər tərəfindən olduğunu öyrəndim. Məqsədləri nədir bilmirəm, amma çox böyük sənətçilərdir, öyrənəndə dəhşətə gəldim, ağlıma da gəlməzdi ki, onlar bu addıma gedə bilər.
- Artıq Türkiyədə populyar olmaq çox çətinləşdi. Siz məşhursunuz. Lakin bunun bir qorxulu tərəfi də var, bu bir dəb də ola bilər.
- Əlbəttə, populyarlığımdan razıyam. Türkiyə bir tərəfə qalsın, Azərbaycana gələndə belə maşının şüşəsini açıb “səni çox sevirəm!” deyə qışqırıq da eşitdim. Dəbə gəlincə, bu bizim əlimizdə olan bir şeydir, istəsək bu dəbi davam etdirə də bilərik.
- Amma son illər türk musiqisində nəyinsə tükəndiyinin şahidi oluruq. Fikir verirsiniz, son illər əksər türk müğənnilərinin albomunda Azərbaycan mahnısı var, Sərdar Ortac, Yıldız Tilbə, İbrahim Tatlısəs, Sibel Can, Gülbən Ərgən, daha kimlər... Hətta Tarkan belə Azərbaycan musiqisinə ehtiyac duydu.
- İnsanlar gec də olsa, Azərbaycan musiqisinin nə qədər keyfiyyətli olduğunun fərqinə vardı. Bu həm sizin, həm də bizim üçün yararlıdır. Tükənməklə bir əlaqəsi yoxdur, bu bir yenilikdir. Təkcə Azərbaycan deyil, ərəb, Balkan ölkələrinin musiqisinə də maraq çoxalmağa başladı.
- Düşünürəm ki, növbəti albomda siz də bu ehtiyacı hiss edəcəksiniz.
- Belə bir planım var, növbəti albomda Azərbaycanlı bir müğənni ilə duet oxumağı fikirləşirəm. Lakin bu, öz bəstələdiyim musiqi olacaq.
- Eşitdim, Aysel Teymurzadə ilə duet oxumağı planlaşdırmışdınız.
- Hə, fikirləşirdik, lakin Aysel Teymurzadə barədə fikrim bir qədər soyuq qaldı, daha doğrusu elə fikir olaraq qaldı. Aygün xanımla duet ola bilər. Əslində ərəb ölkələrinə çıxmağa hazırlaşıram. Orda mahnılarım sevilir. Ana tərəfim Antakya ərəblərindən köçmədir. Yeni albomumda fars, ərəb, hindcə oxumağı düşünürəm. Bu sinqlın içində müxtəlif dillərdə oxuyacağım mahnı öz bəstələrim olacaq. Bu işləri görməyim tükənmiş olmağım mənasına gəlmir. Yenə deyirəm, sadəcə yenilikdir.
- Aygün Kazımova barəsində nə deyə bilərsiniz?
- Dövlət sənətçisidir. Bizim onunla birgə ifamız Türkiyədə gənc sənətçinin Ajda Pekkanla bir səhnəni bölüşməsinə bənzəyir. O səbəbdən də həyəcan, xoş təəssüratlar var.
- Nədənsə daha çox musiqi ilə məşğul olan insanlar öz ölkələrində siyasətdən, iqtisadiyyatdan xəbərsizdirlər. Ölkənizdə baş verənləri təqib edirsiniz?
- Əlbəttə, bilirəm, dövri mətbuatı da izləyirəm, hətta deyə bilərəm ki, sizin ölkəniz də inkişafdadır, iqtisadi baxımdan irəliləyişdəsiniz.
- Onda həm də xəbəriniz olar ki, erməni işğalı altında qalan torpaqlarımız var. Ağlıma nə gəldi, bilirsiniz, böyük bir sosial layihədə sənətçi kimi iştirakınız lazım olsa, çox sevdiyiniz Bakı və yurd-yuvasından ayrı düşən qaçqınlar yararına işinizi atıb bura gələrdiniz?
- O ərəfədə əgər bir konsertim olacaqsa, işimi atıb gəlmərəm. Yox, əgər bu təklif gəldiyində boş zamanım varsa, niyə də olmasın? İştirak edərəm! Həyat hər zaman maddi baxımdan qazanmaq deyil, bəzən də insanların sevgisini qazanmaq lazımdır. Mən millətçiyəm!
- Sabah sizə Ermənistan səhnəsindən konsert təklifi gəlsə və nəticənin uğurlu olacağına əmin olsanız, nə edərdiniz? “Bir millət iki dövlət” duyğusunu necə yaşardınız?
- Təbii ki, biz bir millətik. Mən türkəm. Azərbaycanlılar da türkdürlər. Ortada böyük bir haqsızlıq var. Millətçi olaraq əlbəttə ki, bunu etmərəm. Mənəvi şeylər maddiyyatdan daha dəyərlidir.
- Maddiyyatdan söz düşmüşkən, son sualım: azərbaycanlılar sizi toylarda necə yola salır, cibi dolu gedə bilirsiniz?
- Maşallah, azərbaycanlılar elə bil bankirdilər, pulludurlar, yaxşı yola salırlar...
Lalə YUSİFQIZI
FOTO: İsaq Mayılov

1460