ETİRAZ:  21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”
08 may 2025 11:55 (UTC +04:00)

ETİRAZ: 21 nömrəli avtobus niyə yoxa çıxıb? - “Gəlir qapını açmır”

Bakıda 21 nömrəli avtobus reysə vaxtında çıxmır. Marşrutun belə fəaliyyəti sərnişinlərin etirazına səbəb olub. 

Şikayətçilər bildirir ki, 21 nömrəli avtobusun gec gəlməsi sakinlərin saatlarla dayanacaqda gözləməsinə səbəb olur:

“8 Noyabr prospektindən keçən 21 nömrəli avtobusun vaxtında gəlməməsi, hər gün saatlarla dayanacaqda gözləməyimizə səbəb olur. Səhər tezdən avtobus gözləyən sakinlər işə gecikir, bəziləri isə məcbur olub taksilərə üz tuturlar. 20 dəqiqədən çox gözləyirik. Yağışlı hava, isti hava olur. 20 dəqiqə fasilə olmaz axı. Saatlarla avtobus gözləyirik, amma, gəlir qapını açmır. Çünki həddindən artıq dolu olur”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sözçüsü Tural Orucovla bildirib ki, 21 nömrəli marşrutda hərəkət intervalı 6-8 dəqiqə olmaqla 20 avtobus fəaliyyət göstərir:

“Günün pik saatlarında avtobusun keçdiyi küçə və prospektlərdə müşahidə edilən sıxlıq səbəbindən marşrut xəttində ləngimələr yaranır və intervallarda artım müşahidə edilir. 
Buna baxmayaraq marşrutun müvəqqəti istismarçısına nizamlı fəaliyyətin təmin edilməsi, pik saatlarda xətdə əlavə avtobusların cəlb edilməsi, sürücülərin müəyyən edilmiş hərəkət cədvəlinə riayət olunması barədə tapşırıq verilib.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1582

Oxşar yazılar