Nisə Qasımova: “Bilirəm ki, ayıbdır, amma...”
10 noyabr 2012 17:58 (UTC +04:00)

Nisə Qasımova: “Bilirəm ki, ayıbdır, amma...”

Xalq artisti Nisə xanım Qasımova yenə sərt danışıb. Lent.az-a müsahibəsində xalq artisti bu dəfə bəzi mahnı bəstələyənlərə etiraz edib. O bildirib ki, hər mahnı yazan özünü bəstəkar adlandırmamalıdır. Xalq artisti Azərbaycanın dahi bəstəkarlarından sonra bu sahədə boşluq yarandığını deyib: “Mən Ələkbər Tağıyev kimi bəstəkarla işləmişəm. Elə bəstəkarlar var ki, onun mahnılarından örnək alır, hətta mahnılarını onun bəstələrinə bənzədir. İndi hər mahnı yazan özünü bəstəkar adlandırır. Mən daha çox aranjemançıları yaxşı musiqiçi hesab edirəm. Çünki aranjemançılar da etiraf edirlər ki, özlərini bəstəkar adlandıran bəzi müğənnilər musiqi yox, bir ovuc not gətirirlər ki, bundan mahnı düzəldin. Hərdən oturub musiqimizin tarixinə nəzər salıram. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Faiq Sücaəddinov, Eldar Mansurov kimi bəstəkarlarımızın adları gəlir. Sonra isə Elşad, Gülşad, Rəqsanə, nə bilim kimlər. Görün, biz haradan gəlib, hara gedirik? Zirvədən yuvarlanaraq aşağı düşürük. Biz o zirvələrin sayəsində daha da qalxmaqdansa, sürətlə aşağı endik”.


Yaradıcılığının 40 illiyi ilə bağlı tədbir keçirib-keçirməyəcəyinə gəlincə isə Nisə Qasımova bildirib ki, sponsor olmadığı üçün o, hələlik yubiley tədbirini keçirməyəcək: “Oktyabrda qeyd etmək istəyirdim. Baxdım ki, bir qədər çətinlik var, ona görə də təxirə saldım. Fikrim var, gələn ilin fevralında qeyd edim. Bir şey etiraf edim ki, sponsoru necə axtararlar, taparlar, onunla hansı danışıqları edərlər, mən o prosesi bilmirəm. Sonra fikirləşirəm, bəzi müğənnilərə sponsorluq edirlər. Yəni, bu sponsorlar o sponsorlardandır? Yaxud da mən o müğənnilərdən deyiləm deyəmi mənim sponsorum yoxdur? Nə bilim, dəhşətə gəlirəm”.

Siqareti-siqaret ardınca yandıran xalq artisti bildirib ki, onun siqaret çəkməsinin bir çox səbəbi var. 1987-ci ildən siqaret çəkdiyini deyən Nisə Qasımova bunu özünə bağışlamadığını da söyləyib: “Bir müddət Moskvada yaşadım. Vətəndən ayrı olanlar bu hissi bilirlər. 3 ildə Bakının havası, camaatı üçün darıxırdım. Sənətim üçün darıxmırdım. Amma hərdən mədəniyyət sahəmizi gözdən keçirirdim. Bu, mənə o qədər ağır gəlirdi ki... Mən Bakıya qayıdanda isə dedilər ki, Nisə Qasımova rus qadınlarından ancaq siqaret çəkmək öyrənib gəldi. Amma bilmirdilər ki, mən siqareti kefdən çəkməmişəm. Bunun çox ağır bir nədəni var. Allah-təala heç bir qadını başsız etməsin. Hər bir qadının sahibi ata, qardaş, həyat yoldaşıdır. Amma mən bu itkiləri çox tez yaşadım. O zamanlar yaşımın az olmasına baxmayaraq, mən ailədə başçı kimi olmuşam. Siqaret mənim içimdə gizlətdiyim sirləri alıb dağıdıb. Bir kəsə deyə bilmədiyim dərdi siqaretə demişəm. Oxucular bunu mənə ayıb tutmasınlar. Bilirəm ki, ayıbdır. Azərbaycan qadınına yaraşmayan bir şeydir. Amma neynəyim? Bəzən siqaret tüstüsü məni daha çox ovundurur, nəinki sözlər”.


Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3053

Oxşar yazılar

Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41
Musa Təranənin  adını eşidib   efirdən getdi

Musa Təranənin adını eşidib efirdən getdi

11 dekabr 2024 , 17:49