Bu gün dünyanın sonundan danışacaqlar
0
0
Bununla maraqlananlar kiçe tayfasının açıqlamasını gözləyir
Oktyabrın 24-də Qvatemaladakı kiçe qəbiləsinin başçıları dekabrda dünyanın sonu barəsində danışacaqlar. Mayya təqviminə görə, eləcə də bu məsələnin KİV-də şərhinə əsasən, dünyanın sonu dekabrın 20-də, yaxud 21-də çatacaq.
Lent.az-ın xarici ölkə informasiya vasitələrinə istinadən xəbər verir ki, Çiçikastenanqo əyalətinin başçıları əslində BMT-nin yerli xalqlarla məsələlər üzrə Daimi Forumunun sessiyasına Forumun Katibliyinin yeni binasına xeyir-dua vermək üçün gəliblər.Ancaq onlar fürsətdən istifadə edərək, dünyanın sonu ilə bağlı öncəgörmə düşüncələrini BMT dövlətləri ilə bölüşmək qərarına gəliblər.
Kiçenin çoxsaylı xalqları mayyaların müasiri olan tolteklərdən törəmişlər. Kiçe mayyaların həyatımızın bütün aspektlərinin göy cisimlərinin hərəkətləri ilə idarə olunması inancına şərik çıxır. Onlar inanır ki, bu il planetlər və ulduzlar 64 ildən bir baş verən nadir konfiqurasiyada düzüləcək.
Yeni kosmik dövr başlayır və mayyanın davamçıları onu qlobal keçid, sevgi, minnətdarlıq, qayğı, hörmət prinsiplərinə əsaslanan yeni prioritetlərin yaranması üçün imkan dövrü kimi nəzərdən keçirirlər. Bu, həm bəşəriyyətə, həm də təbiətə aiddir.