
Azərbaycanlı müğənni gizli planlarını açdı
0
0
“Xalq Ulduzu – 3” musiqi yarışmasının qalibi Tural Salmanov yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib: “Müsabiqədən sonra yaradıcılığımı davam etdirirəm. Sadəcə bunları gizli saxlayırdım. Artıq yeni “Saxlayın gedən qatarı” adlı mahnım hazırdır. Mahnının musiqisi özümə, sözləri isə Nüsrət Kəsəmənliyə aiddir. Bundan əlavə, bu yaxınlarda ilk albomum işıq üzü görəcək. Hələ bu alboma ad seçə bilməmişəm. Buna səbəb isə yaxşı mahnılarımın çox olmasıdır. Düşünürəm ki, çox gözəl bir albom işıq üzü görəcək”.
Yalçın Süleymanov
Yalçın Süleymanov
0
0