Fərda Xudaverdiyev: “Onların yerlərini dar edirəm”
Aktyor Fərda Xudaverdiyev aktyorluqla yanaşı, müğənnilik etməsi məsələsinə aydınlıq gətirib. O, Lent.az-a açıqlamasında bunları deyib: “Mən müğənni deyiləm, sadəcə arada bəzi mahnıları zümzümə edirəm, bəzi mahnıları ifa edirəm. Müğənnin veriliş aparmasına normal baxırlar, bəs niyə aktyorların oxumasına pis baxırlar? Üzümə baxa-baxa bir çox müğənni mənə dedi ki, Fərda niyə oxuyursan? Sonra başa düşdüm ki, onların yerlərini dar edirəm. Anaq gözləmədiyim insanlardan mənə zənglər gəldi və mahnı oxuduğuma görə məni təbrik etdilər. Baxmayaraq ki, mənim vokal təhsilim var. Artıq dünyasını dəyişmiş Mobil Əhmədovdan vokal təhsili almışam. Ancaq müğənnilər narahat olmasınlar. Mən müğənni deyiləm. Heç müğənnilik etmək fikrim də yoxdur”.
Yaradıcılığındakı yeniliklərdən danışan Fərda Xudaverdiyev serial dəvət aldığını bildirib: “Tahir İmanov məni “Planet Parni iz Baku”- nun çəkdiyi “Bir kəndin sevinci” serialına dəvət etdi. Bu təklifi qəbul etdim. Bu mənim Tahir İmanov ilə ilk iş birliyim olacaq. Maraqlı serial alınacağını düşünürəm”.
Yalçın Süleymanov

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01