Eldar və Nigar Türkiyəyə festivala gedirlər
0
0
“Eurovision” qaliblərimiz Eldar Qasımov və Nigar Camal Türkiyə səfərinə hazırlaşırlar. Lent.az-ın məlumatına görə, bir neçə müddətdir birgə görünməyən Eldar və Nigar
Rusiyanın paytaxtı Moskvada eyni səhnəni bölüşüblər.
Duet ortaqlarının növbəti dayanacağı isə Türkiyənin paytaxtı Ankara olacaq. Müğənnilər Türkiyədə keçiriləcək Ümumdünya istefaya çıxmış Zabitlər Dərnəyinin festivalında çıxış edəcəklər. Ankarada keçirilməsi nəzərdə tutulan bu tədbirin məqsədi ölkələr arasında dostluq əlaqələrini inkişaf etdirmək və dünyada sülhün inkişafına nail olmaqdan ibarətdir.
Festivala müxtəlif ölkələrin professionalları qoşulacaq. Ell/Nikki festivalın sonuncu günündə xüsusi qonaq qismində çıxış edəcəklər.
Təşkilatçılar “Eurovision-2011” qaliblərinə TEMAD-ın mükafatını verəcəklər.
Jalə