“Deyirlər ki, Kəmalə Rəhimli vəfat edib”
18 oktyabr 2012 15:49 (UTC +04:00)

“Deyirlər ki, Kəmalə Rəhimli vəfat edib”

Azərbaycanın tanınmış müğənnilərindən olan Kəmalə Rəhimli barəsində yalan məlumat yayanlara cavab verib. Müğənni Lent.az-a açıqlamasında həmin şəxslər haqqında sərt danışıb: “Deyirlər ki, Kəmalə Rəhimli vəfat edib. Hazırda evdə, həkim nəzarətindəyəm, özümü də çox yaxşı hiss edirəm. Bilmirəm bu şayiəni yayanlar nə demək istəyirlər... Belə bir xəbər də gəzir ki, Kəmalə Rəhimli sənətdən gedib. Mən bu sənətdən getməmişəm, getməyəcəyəm də. Ölənə qədər oxuyacağam. Diz üstündə sürünməkdənsə, ayaq üstə oxuyub ölmək yaxşıdır. Şayiəni yayanlara isə cavabım budur: Yalan ayaq tutar, ancaq yeriməz”.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5044

Oxşar yazılar