Cavan Zeynallı: “Azərbaycanı “Eurovision”da təmsil etmək istəyirəm”
18 oktyabr 2012 11:03 (UTC +04:00)

Cavan Zeynallı: “Azərbaycanı “Eurovision”da təmsil etmək istəyirəm”

0
Əməkdar artist Cavan Zeynallı “Eurovision-2013” musiqi yarışmasında Azərbaycanı təmsil etmək niyyətindədir. Lent.az-a açıqlama verən əməkdar artist istəyini belə izah edib: “Gələn il keçiriləcək “Eurovision” yarışmasında Azərbaycanı təmsil etmək istəyirəm. Bu mənim üçün böyük şərəf olar. Düşünürəm ki, bu potensial məndə var. Təklif gələrsə, böyük məmnuniyyətlə Azərbaycanı təmsil edərəm. Burada iştirakım üçün mənə, illərin təcrübəsi də imkan verir. Bu yarışmada yaş həddi yoxdur və buna görə də mən də iştirak edə bilərəm. Avropa ölkələrinin bir çoxunda bu yarışmaya illərin sənətkarları da qatılır və onlar uğurlu çıxışları ilə göstərirlər ki, heç də gənclərdən geri qalmırlar. Amma bizdə düşünürlər ki, qız və oğlan qəşəng və yaraşıqlı olsun. Bu, düzgün fikir deyil”.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1326

Oxşar yazılar