
Müğənni: “Bu arzuma çatsam, qurban kəsəcəyəm”
0
0
Azərbaycanın tanınmış estrada müğənnisi Elnur Məmmədov Naxçıvanla bağlı layihə üzərində işləyir. Lent.az-ın məlumatına görə, Naxçıvanda keçirilən konsertdə “Azərbaycan” adlı kompozisiya ilə çıxış edən müğənni, elə həmin mahnıya klip çəkdirmək qərarına gəlib: “Bu mahnı Naxçıvana həsr olunub və klip çəkdirməyə hazırlaşıram. Mən bu yaxınlarda bu möhtəşəm şəhərdə çıxış etdim. Burada hava və təbiəti o qədər gözəldir ki, həmişəlik qalmaq belə istədim. Səfər zamanı mən İstisu, Duzdağa getdim, Əshabi-Kəhf adlı müqəddəs yeri ziyarət etdim. Hətta söz verdim ki, əgər arzum gerçəkləşərsə, qurban kəsəcəyəm. Burada mən öz layihəmi gerçəkləşdirəcəyəm və Naxçıvanın görməli yerlərini orada əks etdirəcəyəm”.
Jalə
Jalə
0
0