Əmrə Aydın Bakıya gəlir
17 oktyabr 2012 12:48 (UTC +04:00)

Əmrə Aydın Bakıya gəlir

Türkiyənin populyar müğənnisi Əmrə Aydın Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “A plus production” ın rəhbəri Əli Hüseynovun Lent.az-a verdiyi xəbərə görə, müğənni noyabrın 17-də “Buta Palace”da tamaşaçıların qarşısına çıxacaq.
Əmrə Aydının ifasından sonra müğənnini tanınmış DJ-lər əvəz edəcək. Konsert proqramı səhərə qədər davam edəcək. Əli Hüseynov bildirib ki, konsert biletlərini şəhərin bir çox satış nöqtəsindən əldə etmək mümkündür. Onun sözlərinə görə, qiyməti 40 manatdan 100 manatadək olan biletlər artıq satışa çıxarılıb. Təşkilatçı onu da qeyd edib ki, konsert gününə yaxın biletlərin qiymətində artım olacaq.
Müğənninin konsertdən neçə gün öncə Bakıya gələcəyi dəqiqləşməyib.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1800

Oxşar yazılar