
Elza Seyidcahan: “Mənim iyimə həsrət qalacaq” - QALMAQAL
Əməkdar artist Elza Seyidcahan xalq artisti, həmkarı Aygün Kazımova ilə bağlı kəskin açıqlamalar verib. Lent.az-a danışan Elza Seyidcahan Aygün Kazımova ilə qalmaqalının mətbuatda çox işıqlandığını bildirib: “Hələ bu məsələ çox davam edəcək. Çünki məni qalmaqalda görməyiblər. Mən daim öz sənətimlə yadda qalmışam. Qalmaqal mənlik deyil. Buna görə də mən cavab verməli oldum. O, hər zaman çalışır ki, qarşındakını əzsin. Sadəcə mənə şər atılıb. Mənim əlimdə faktlar var. Belə bir söz deyib ki, “Elza Seyidcahan gəlib bizi öpdü, ondan başqa bir ətir iyi gəlirdi”. Bu sadəcə şərdir. Mən onunla nə zaman görüşmüşəm? O bilsin ki, Elza Seyidcahan kimi saf insanların iyinə həsrət olacaq. O insanın ağzından gələn iy Elza Seyidcahandan gələ bilməz. Mən deyərdim ki, adi insandan gələn iyi fırça ilə təmizləmək olar, lakin o insandan gələn üfunət iyini kürəklə, traktorla və ekskavatorla qazsalar təmizləmək olmaz. Çünki gözəl iyi çoxdan itirib. Yenə də mən heç kəsin adını çəkmirəm. Bu sözləri şamil edirəm, mənə şər atan insanlara. Yaxşı bir atalar sözü də var ki, meymun baxar güzgüyə, adını qoyar özgəyə”.
Bizim “Aygün Kazımova ilə barışarsınızmı?” sualına əməkdar artistin cavabı belə oldu: “Mənim heç kəslə işim yoxdur. Mən heç kimlə küsməmişəm. Nədə barışmaq fikrim yoxdur. Mənim səhvim olduğu zaman, mən çıxıb kimdən olsa üzr istəməyə hazıram. Lakin mənim səhvim yoxdur. Mənə bu mövzu barəsində heç kəs sual verməsin. Bu cür ucuz reklamlar mənə gərək deyil”.
Yalçın Süleymanov
Bizim “Aygün Kazımova ilə barışarsınızmı?” sualına əməkdar artistin cavabı belə oldu: “Mənim heç kəslə işim yoxdur. Mən heç kimlə küsməmişəm. Nədə barışmaq fikrim yoxdur. Mənim səhvim olduğu zaman, mən çıxıb kimdən olsa üzr istəməyə hazıram. Lakin mənim səhvim yoxdur. Mənə bu mövzu barəsində heç kəs sual verməsin. Bu cür ucuz reklamlar mənə gərək deyil”.
Yalçın Süleymanov
Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35