Müğənnimiz əsgər getdi
15 oktyabr 2012 12:52 (UTC +04:00)

Müğənnimiz əsgər getdi

Tanınmış müğənni, Yeni Ulduz-7 yarışmasının ikinci yer sahibi, “Eurovision 2010” Mahnı müsabiqəsində milli seçimin yarımfinalçısı Azad Şabanov əsgər gedir. Müğənni Lent.az-a açıqlamasında bildirib ki, o, bu gün hərbi xidmətə yollanacaq. Azad Şabanov deyib ki, bir illik xidməti borcunu yerinə yetirdikdən sonra yenidən sənətini davam etdirəcək.

Müğənnini hansı bölgədə xidmət edəcəyinin hələlik dəqiqləşmədiyini deyib.

Qeyd edək ki, şou-biznesdə olan kişi müğənnilərin bir çoxu hərbi xidmətdə olmayıblar. Onlardan Eldəniz Məmmədov, Elton Hüseynəliyev, Ayaz Qasımov. Zamiq Hüseynov, İzzət Bağırov, Əbdül Xaliq, Ülvi Qılınc, xalq artisti Faiq Ağayev, əməkdar artist Abbas Bağırov, Emil Bədəlov, Yaşar, Elnur Məmmədov, “Şeron” qrupunun bütün üzvləri hərbi xidmət keçməyənlər sırasındadırlar.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3803

Oxşar yazılar