Həkimlər Yaşar Nurini Bakıya buraxmır
Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri Bakıya qayıda bilmir.
Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın Lent.az-a verdiyi məlumata görə, aktyorun Bakıya gəlməsi üçün bir sıra problem yaranıb: “Mən indi onun sağalması üçün hansı proseduralar həyata keçirildiyini deyə bilmərəm. Çünki bunu deməyə icazə yoxdur. Həkimlər icazə vermədiyi üçün onun özü ilə telefonla da əlaqə saxlaya bilmirəm”.
Rəhimə Nuriyeva aktyorun qayıtması ilə bağlı hansı problemlərin olduğunu konkret söyləməyib. O, xalq artistinin Bakıya nə zaman qayıdacağının dəqiqləşmədiyini deyib.
Qeyd edək ki, aktyorun sentyabrın sonunda müalicəsini yekunlaşdıraraq Bakıya gələcəyi gözlənilirdi.
Xatırladaq ki, xalq artisti 2011-ci ilin noyabrından müalicə kursu keçir. O, Bakıda Mərkəzi Gömrük Xəstəxanasında müalicə aldıqdan sonra Türkiyənin Amerika Xəstəxanasında müalicəsini davam etdirib. Bu ilin iyunun 23-də Bakıya qayıdan xalq artistinin vəziyyəti qəflətən pisləşdiyi üçün o, yenidən Gömrük Xəstəxanasına yerləşdirilib. İyulun 10-da isə yenidən Türkiyəyə aparılıb. Sonuncu dəfə isə xalq artisti Türkiyədə müalicəsini yarımçıq qoyaraq, Milli Kino günü ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya gəlib.
Jalə

Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35