Rəqsanənin keçmiş sevgilisi danışdı: “O, dəfələrlə ağlayıb, bağışlanılmasını istəyib”
0
0
Bunu Lent.az-a açıqlamasında adı Rəqsanənin məhkəmə qalmaqalında hallanan, müğənninin keçmiş sevgilisi Faiq Azayev deyib. O, bildirib ki, məhkəmə prosesi artıq yekunlaşmaq üzrədir. Faiq Azayev qardaşı və özünün sözügedən cinayət işinə görə çalışdıqları vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərə də münasibət bildirib: “Rəqsanə şou-biznesdə hörməti olmayan insandır. Onun reklama ehtiyacı var və o, bu cür məsələləri ortaya atır. Məhkəmədə ifadə verərək deyir, bizim həbs olunmağımızı istəmir. Axı o, kimdir ki, onun sözü ilə kimisə həbs etsinlər? Rəqsanənin özü məhkəmədə səhv ifadə verdiyi üçün haqqında cinayət işi açılıb. Mən və qardaşım da hazırda öz işimizdəyik. Məhkəmənin bitməyinə isə az qalıb. Hüquq-mühafizə orqanları tərəfindən hər şey düzgün qiymətləndiriləcək və mən bəraət alacağam”.
Faiq Azayev bildirib ki, onlar tərəfindən müğənninin ailəsinə heç bir təzyiq göstərilməyib: “Biz tərəfdən onlara qarşı heç bir təzyiq yoxdur. Onun ailəsi bir neçə dəfə məhkəmədə ifadə verməkdən boyun qaçırdı, ona görə də məhkəməyə polislər tərəfindən gətirilib. O, öz hərəkətlərini ört-basdır etmək üçün məni və qardaşımı məhkəməyə verib. Mən il yarımdır onu görmürəm, heç görmək də istəmirəm. Vaxtı ilə onun maşının xərclərini, ev kirayəsini mən ödəmişəm. Münasibətlərimiz var idi. Özü bir neçə dəfə ağlayaraq bağışlanılmasını istəyib. Bu, mənim üçün maraqlı deyil”.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın şikayəti əsasında Azayevlərə qarşı cinayət işi açılıb. Bundan dərhal sonra isə Azayevlər Rəqsanənin özünü məhkəməyə veriblər. Müğənniyə qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova da olmaqla 4 nəfər şəxs ittihamla çıxış edib. Rəqsanəyə qarşı ittiham irəli sürən şəxslər müğənninin onlara külli miqdarda borclu olduğunu iddia ediblər. Həmin cinayət işi ilə bağlı istintaq davam etdirilir.

Oxşar yazılar

Serialda boşanmışdı, real həyatda TOY EDİR
3 sentyabr 2025 , 12:31
Ekranların ulduzu barəsində deyilməyən qalmadı - QALMAQAL
3 sentyabr 2025 , 11:01
Yay bitir plyaj pozları hələ gəlir – YARIÇILPAQ MƏŞHUR
3 sentyabr 2025 , 10:06
Müğənni Ayan dinini dəyişdi
2 sentyabr 2025 , 16:22
Valeri Meladzenin qızı axtarışa verildi
2 sentyabr 2025 , 12:43
Teylor Sviftin sevgililəri və onlara həsr etdiyi mahnılar
1 sentyabr 2025 , 16:43
Məşhurların ən bahalı evlilik üzükləri
30 avqust 2025 , 18:59