Şakira axşam vaxtı Bakıya “sabahın xeyir” dedi - FOTO
12 oktyabr 2012 17:17 (UTC +04:00)

Şakira axşam vaxtı Bakıya “sabahın xeyir” dedi - FOTO

Hazırda Bakıda olan, iki gün sonra “Bakı Kristal Zalı”nda konsert proqramı ilə çıxış edəcək dünyaca məşhur müğənni Şakira Bakını salamlayıb. Lent.az-ın məlumatına görə, axşam saatları olmasına baxmayaraq, müğənni “Sabahınız xeyir” deyə müraciət edib. O “Facebook”da Bakının şəkilini paylaşaraq, “Sabahın xeyir, Bakı, “Xoş gördük , Bakı” (Good morning, Baku! Buenos dias Baku! Shak) yazıb.


Qeyd edək ki, müğənni oktyabrın 13-də Azərbaycanda keçirilən “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin bağlanış mərasimində çıxış edəcək. Oktyabrın 14-də müğənni “Bakı Kristal Zalı”nda konsert verəcək.

Dünya şöhrətli ulduzun şousu yüksək keyfiyyətli musiqinin təbliğatı və piratlıqla mübarizə çərçivəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2873

Oxşar yazılar