
Memati Mel Gibsonla eyni filmdə
0
0
Əfsanəvi “Kurtlar Vadisi” serialının və filmlərinin əsas qəhrəmanlarından olan Memati obrazı ilə məşhurlaşan, ötən mövsümdə filmdən ayrılan aktyor Gürkan Uyqun yeni rollara dəvət alıb. Lent.az xəbər verir ki, bu yaxınlarda uşaq filmində rol alan aktyor “Çanakkale - Yolun Sonu” adlı tarixi filmə çəkiləcək. Filmin rejissorları Sərdar Akar və Kamal Uzundur. Gələn il martın 18-də (Çanaqqalanın işğaldan azad edildiyi gün) nümayiş olunması planlaşdırılan ekran əsərinin büdcəsi 20 milyon dollardır.
Ən maraqlı məqam ondadır ki, filmə Hollivuddan da aktyor dəvət olunub. Bu, Oskar mükafatçısı Mel Gibsondur.
Ən maraqlı məqam ondadır ki, filmə Hollivuddan da aktyor dəvət olunub. Bu, Oskar mükafatçısı Mel Gibsondur.
0
0