Meyxanaçı Rüstəmov qardaşları beynəlxalq layihədə
11 oktyabr 2012 12:54 (UTC +04:00)

Meyxanaçı Rüstəmov qardaşları beynəlxalq layihədə

0
“Tı kto takoy, davay do svidaniya”nın müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları indi də Qazaxıstana dəvət alıblar. Lent.az-ın AMOR-a istinadən verdiyi xəbərə görə, qardaşlar 15 ölkənin nümayəndəsinin iştirak edəcəyi “Dsfilm” layihəsində yer alacaqlar.

Layihənin rəhbəri Dastan Seydovun dediyinə görə, Rüstəmov qardaşları Azərbaycan bayrağı fonunda öz bacarıqlarını nümayiş etdirəcəklər.

Layihədə Azərbaycandan başqa Rusiya, Özbəkistan, Qırğızıstan, Malayziya, Ukrayna, Belarus, İspaniya, Fransa, BƏƏ, İngiltərə, ABŞ, Latviya, Qazaxıstan və Afrikadan olan nümayəndələr iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1537

Oxşar yazılar