Samir Piriyevin tanınmağının səbəbi...
11 oktyabr 2012 10:47 (UTC +04:00)

Samir Piriyevin tanınmağının səbəbi...

0
Bu yaxınlarda Bakıya gələn Türkiyənin tanınmış müğənnisi Zerrin Özeri qarşılayan Samir Piriyev Lent.az-a açıqlamasında məşhurlaşmasının səbəblərini söyləyib: “Mən şou aləmində mahnılarımla yanaşı, daha çox iki proyektimlə tanınmışam. İlk olaraq, xalq artisti Aygün Kazımovanın “Xeyir ola? ” proqramında tanındım. Daha sonra isə Türkiyədə keçirilən “Sən Türkü söylə” yarışmasında iştirakım ilə yadda qalmışam”.


Yaradıcılıq işlərindən danışan müğənni Samir Piriyev yeni klip çəkdirməyə hazırlaşdığını söyləyib: “Sözləri və musiqisi özümə məxsus olan “Roman” adlı mahnım artıq hazırdır. Bu mahnıya klip çəkməyə hazırlaşırıq”.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2083

Oxşar yazılar