Eldəniz Məmmədov: “Kişi ilə kişi necə duet oxuya bilər?”
09 oktyabr 2012 15:56 (UTC +04:00)

Eldəniz Məmmədov: “Kişi ilə kişi necə duet oxuya bilər?”

0
“Xalq Ulduzu-1” yarışmasının qalibi müğənni Eldəniz Məmmədov sərt açıqlamalar verib. Lent.az-a danışan müğənni Eldəniz Məmmədov telekanallara çağırılmamağından şikayətlənib: “Məni telekanallara dəvət etmirlər. Gərək qalmaqal çıxarım, efirə çağırsınlar? Qalmaqalla sənətə gəlməmişəm. Sənətim ilə yadda qalmışam, öz sözümü də sənətim ilə demişəm, mənim qalmaqala ehtiyacım yoxdur”.


Müğənni sənətçilərin duet oxumasına da münasibət bildirib: “Xanım müğənnilərin bir-biri ilə, eləcə də kişi müğənnin də öz həmcinsi ilə duet oxumasını başa düşə bilmirəm. Mənə çatmır ki, kişi ilə kişi necə duet oxuya bilər? Mən yalnız xanım müğənni ilə duet oxumuşam. Bu da Gülay Zeynalovadır. Daha sonra əməkdar artist Aybəniz Haşımova ilə duet oxumaq istəyirdim. Aybəniz xanım da bu duetə razılıq vermişdi. Amma baş tutmadı”.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2768

Oxşar yazılar