Bu həftə üçün Şərq ulduz falı (8-14 oktyabr)
0
0
OĞLAQLARI gərgin iş həftəsi gözləyir. Bu həftə sözün əsl mənasında başınızı qaşımağa vaxtınız olmayacaqdır. Amma rifahınızın çəkdiyiniz zəhmətə müqabil artması ürəyinizə sərin su səpəcəkdir. Tezliklə hadisələrin gedişatını istədiyiniz məcraya yönəldə biləcəksiniz. Mənasız vurnuxmadan qaçmağa çalışın ki, özünüzü acınacaqlı səhvlərdən qoruya biləsiniz. İstirahət günləri xoş xəbərlər gözləyin.
DOLÇALAR başqalarının köməyinə bel bağlamamalıdırlar. Bu həftənin uğurları ancaq özünüzdən asılı olacaqdır. Həftə bütün işlərinizin müsbət həllinə rəvac verir. Siz yalnız əhəmiyyətsiz işlərdən imtina edib məsələlərin mahiyyətinə varmağa çalışmalısınız. İşdə münaqişələr və mübahisələr gözlənilir. İntuisiyanıza etibar etməlisiniz. Vəziyyətdən çıxış yolunu o, sizə göstərəcəkdir. Tərəfdaşlara qarşı çox da tələbkar olmayın, qabalığınız münasibətlərinizi poza bilər.
BALIQLAR xeyli dərəcədə daha fəal və çalışqan olacaqlar. Siz sanki uzun sürən bir yuxudan ayılacaqsınız. Növbəti zirvəni fəth etmək üçün yeni strategiya hazırlamağa başlayacaqsınız. Yeni və daha perspektivli bir işə keçmək təklifi ala bilərsiniz. Büdcənizi düzgün planlaşdırmaq məsələləri ilə özünüzü yormayın. Mənasız vaxt itkisidir. Kapitalınızı necə artırmaq yollarını axtarıb tapmalısınız. Mühüm işlərlə bağlı düzgün qərar sevdiyiniz insandan gələcəkdir.
Hədəflərini düzgün nişan almaqdan ötrü QOÇLARDAN səliqəli və qətiyyətli olmaq tələb olunacaqdır. İşdəki hadisələr bu bürcün nümayəndələrini sevindirəcək, bu peşəni əbəs yerə seçmədiklərini bir daha təsdiq edəcəkdir. İndi zəhmətinizin bəhrələrini dadmaq vaxtıdır. Amma birdən-birə yox, tədricən. Rifah səviyyəniz artdıqca, özünüzə inam hissiniz də artır. Qarşıda isə yalnız gözəl perspektivlər görürsünüz.
BUĞALAR məqsədə çatmaq və ötən səhvləri bir daha təkrarlamamaq üçün bu həftə elə hey özlərini yığışdırmalı olacaqlar. Bu günlər yeni təkliflərə açıq olmalısınız. Onların sayı-hesabı olmayacaqdır. O qədər faydalı və lazımlı informasiya eşidəcəksiniz ki, onların sayəsində mühüm məsələləri müsbət həll edə bilərsiniz. Sizdən yalnız dəmiri isti-isti döymək tələb olunur.
ƏKİZLƏR uzun yol qət etdikləri məqsədlərinə tezliklə çatacaqlar. Məsuliyyətli işgüzar görüşləri cəsarətlə keçirə bilərsiniz, çünki yekunları çox xeyirli olacaqdır. Asudə vaxtlarınızda geriyə dönüb keçdiyiniz yola tənqidi nəzər salmağa çalışmalısınız. Həyatınızda yeni üfüqlərə yol açmaq üçün artıq əhəmiyyətini itirmiş nədənsə imtina etməli, zərərli vərdişlərinizlə xudahafizləşməli olacaqsınız. Lakin çox da canfəşanlıq etməyin. Vərdişlərdən yalnız siqaret çəkməkdən imtina etməyiniz kifayətdir.
XƏRÇƏNGLƏRİN maliyyə durumlarını qaydaya salmaları üçün bu həftə çox münasibdir. İşgüzar münasibətlərdə nə öz maraqlarınızı, nə də tərəfdaşlarınızın maraqlarını bada verməyin. Sizi az və ya çox dərəcədə işinizdən-gücünüzdən ayıran arzuları, problemləri başınızdan qovun getsin. Yoxsa bütün əlverişli imkanları əldən vermiş olacaqsınız. İşinizə məsuliyyətlə yanaşın. Xəyal-plov yeməyi asudə vaxta saxlayın.
ŞİRLƏR bu həftə ən gözəl xasiyyətlərini və məziyyətlərini nümayiş etdirəcəklər. səyləriniz gözəl nəticələr verəcəkdir. Rəhbərlik də sizə təvəccöh göstərəcək və problemlərinizin həllinə kömək edəcəkdir. Amma çiyninizə artıq iş götürməyə ehtiyac yoxdur. Yaxşı olar, vaxtınızın çoxunu ailənizə və yaxınlarınıza ayırasınız. Maliyyə durumunuz kifayət qədər sabitdir. Eviniz və ailə üzvləriniz üçün zəruri şeyləri almaq iqtidarındasınız.
QIZLAR prioritet vəzifələri müəyyənləşdirməlidirlər ki, məqsədə çata bilsinlər. Bu bürcün nümayəndələri üçün əlverişli bir dövr başlayır. Xüsusən, karyerada gözəl imkanlar açılır. Peşəkarlıq fəaliyyətiniz yüksək səviyyəyə çatacaq, yeni perspektivli iş təklifi alacaqsınız. Bu fürsətdən maksimum istifadə edib əzmlə çalışmalısınız. Tezliklə real nəticələr ümidlərinizdən qat-qat sanballı olacaqdır.
TƏRƏZİLƏRİN ətrafında konstruktiv dəyişikliklər mehi əsəcəkdir. Sizi yeni işlər, yeni layihələr və yeni təkliflər gözləyir. Sosial statusunuz yüksələcəkdir. Lakin qəti qərar qəbul etmək üçün əvvəlcə yaxınlarınızla məsləhətləşməlisiniz. Bu günlər xırda-para problemlərə əhəmiyyət vermədən səmərəli işləyəcəksiniz. İş yerində yerdəyişmələr daha yüksək vəzifə vəd etməklə yanaşı, sizdən böyük məsuliyyət tələb edəcəkdir.
ƏQRƏBLƏR həm evdə, həm də işdə yüksək fəallıq nümayiş etdirəcəklər. Bu günlər ümidsiz saydığınız işlərin axırına çıxacaqsınız. Vəziyyəti istədiyiniz kimi idarə etmək, hadisələrin gedişatına təsir göstərmək imkanınız olacaqdır. Yaxşı olar, ətrafınızdakı adamların məsləhətlərini dinləyəsiniz. Maliyyə işləriniz yağ kimi getsə də, bədxərclik etməyə əsas vermir.
OXATANLAR daha tədbirli olacaq, bir çox problemlərini ağılla həll edəcəklər. Gücünüzün xeyli artdığını, lider olduğunuzu hiss edəcəksiniz ki, bu da heç şübhəsiz, heysiyyatınızı oxşayacaqdır. İşdə belə hisslər tamamilə yolverilən haldır, lakin evdə özünüzü yığışdırmalısınız. Ola bilsin, bu dövrdə tale sizə elə bir işə başlamaq şansı verəcəkdir ki, onun sayəsində həm sizin, həm də yaxınlarınızın qarşısında həyatın bütün qapıları taybatay açılacaqdır.
Azərtac