Xumar Qədimova: “Şükür ki, ölməmişəm”
08 oktyabr 2012 16:26 (UTC +04:00)

Xumar Qədimova: “Şükür ki, ölməmişəm”

0
Tanınmış müğənni Xumar Qədimova uzun müddət fasilədən sonra yenidən gündəmdədir. Lent.az-ın məlumatına görə, müğənni bu dəfə “Şükür ki, ölməmişəm” adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında Lent.az-a açıqlama verən Xumar Qədimova bildirib ki, sözügedən mahnıya tezliklə klip çəkdirəcək: “Xatırlayırsınızsa, “Sevgi harayı” mahnımın təqdimatı zamanı demişdim ki, Sona Vəliyevanın sərbəst vəznində yazdığı daha iki şerinə mahnı bəstələyəcəyəm. Həmin mahnılardan biri indi təqdim etdiyimiz “Şükür ki, ölməmişəm” mahnısıdır. İkinci mahnı isə hazırda aranjemanda olan “Əllərim” mahnısı olacaq.

Xumar Qədimova onu da bildirib ki, sərbəst vəzndə yazılan şeiri mahnıya çevirmək olduqca çətindir.

Qeyd edək ki, mahnının sözləri Sona Vəliyevaya, musiqisi Xumar Qədimovaya, aranjemanı Yaşar Baxış və Mahir İbrahimova aiddir.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2461

Oxşar yazılar