Viruslardan qorunmağın ən əsas üsulu əlləri tez-tez 20 saniyə müddətinə yumaqdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ancaq tibb mütəxəssisləri bu zaman əlləri qorumaqdan ötrü nəmləndiriclərdən istifadə edilməsini tövsiyə edib:
“İstər evdə, istər işdə əllərimizi tez-tez yuyuruq yaxud dezinfeksiya edirik. Bəzilərimiz hətta əlləri 20 saniyə sabunla yuduqdan sonra da dezinfeksiya edirik. Ancaq sabun, maye sabun, deznfeksiya məhlulları, spirt əllərin təbii yağını əridib yox edir. Buna görə də, dərinin qoruyucu səthi pozulur. Bu da kliniki olaraq əllərdə, xüsusilə əlin üzərində quruma, qaşnma və qızartılarla özünü göstərir Buna qarşı olaraq, hazırkı durumda həkimə getməkdən daha yaxşısı evdə sadə üsulla nəmləndiricilərdən istifadə etməkdir. Nəmləndirici vasitələr əlləri qaşınma və digər infeksiyalardan qoruyur”.