Nərgiz niyə baş ağrısı yaradır?
09 fevral 2020 09:44 (UTC +04:00)

Nərgiz niyə baş ağrısı yaradır?

Nərgiz zəhərli bitkidir, uzun müddət evdə saxlandıqda baş ağrılarına səbəb olur.

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb.  e-tibb.az onun nərgiz gülü ilə bağlı açıqlamasını təqdim edir:

Çox yaxşı tanıdığımız şirin qoxulu nərgiz gülünə ingilislər “yaz zanbağı” deyirlər, İranda onu “gənclik ətri” hesab edirlər, Azərbaycanda isə baharın elçisi olaraq bilinir.
Nərgiz sözü yunan dilində “narkao” sözündən yaranıb tərcümədə məst, sərxoş etmək deməkdir. Gülün ətri uzun müddət evdə saxlanarsa, başağrılarına səbəb ola bilir. Parfümeriyada təbii və sintetik yağı geniş tətbiq edilməkdədir. Nərgizin şirəsi zəhərli olduğundan floristlər onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir.
Hazırda rəsmi təbabətdə tətbiq edilmir, lakin uzun müddət Hippokratın zamanından ta indilərə qədər xalq təbabətində tətbiq edilməkdədi. XX əsrin əvvəllərində Yapon alimləri nərgizdən alınan alkoloidlərin - narsissin, likorin, qalantamin bəzi növ leykozların müalicəsində effektiv nəticə verdiyini təcrübi sınaqdan keçiriblər.
Allergiyası olanlar, hamilələr, südvermə dövründə olan qadınlar, azyaşlı uşaqlara əks göstərişdir.
Bitkidən əldə edilən yağ, cövhər, spirtli çıxarış, dəmləmə həkim məsləhəti ilə furunkul, karbunkul, mastit, hemorroy zamanı xaricə istifadə edilə bilir.
Unutmayaq ki, nərgiz zəhərli bitkidir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5286
avatar

Oxşar yazılar