Aranızda olan romantik münasibətlər evdə daha yaxın olduğunuz müddətdə yox olmamalıdır. Əksinə sadə üsullarla romantikliyinizi daha da canlı saxlaya bilərsiniz.
Lent.az xarici mediaya istinadla karantin günlərində evinizdə romantik olmağın sadə yollarını təqdim edir.
Məsələn, adicə şirniyyat süfrənizi romantik bir görünüşə gətirə bilərsiniz.
Televizora baxmağa bir az ara verin. Evinizdə olan cürbəcür oyunlarla başınızı qatın. Bu da çoxlu gülüşlər və danışmaq üçün ən gözəl fürsətdir.
Birlikdə bişirdiyiniz pizza ilə sevdiyiniz filmə baxmaqdan daha gözəl nəsə ola bilməz.
Həyat yoldaşınıza əyləncəli karaoke oyunu üçün meydan oxuyun. Ən sevdiyiniz mahnıları oxumaq ruhunuzu gücləndirəcək.
Hər ikiniz çətin tapmaca şəklin hissələrini tamamlamaqdan məmnun olacaqsınız. Bir-birinizin çatışmazlığını tamamlamaq romantik bir düşüncədir.
Stressi yox etmək və dadlı bir şirniyyat üçün onu həyat yoldaşınız və uşaqlarınızla birgə hazırlayın.
Yaradıcılığınızı və ya sevginizi rəsmlə ifadə edin. Bu zaman fantziyanızada olan hansısa obyekti yaxud bir-birinizə emək istədiyinizi rəsmlə dilə gətirin.