Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik. Bu dəfə sizi TRT-yə istinadla "çoban qovurma"nın necə hazırlanması ilə tanış edəcəyik:
İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə kiçik fərqlərlə Türkiyənin az qala hər yerində bişirilən bir ət yeməyi təqdim edirik. Yeməyin adı çoban qovurmadır. Bu, hazırlaması asan və ləzzətli bir yeməkdir. Çobanlar kəndlərindən uzaqdaykən bu yeməyi rahatca hazırlaya bildikləri üçün sonradan hər kəs ona “çoban qovurması” deyib. Xüsusən pomidor və bibərin bol və təzə olduğu yay aylarında bu yemək daha dadlı alınır.
“Çoban qovurma”nı etmək üçün nələr lazımdır, onları sadalayaq:
1 xörək qaşığı kərə yağı,
1 xörək qaşığı günəbaxan (ayçiçek) yağı,
750 qr. quzu əti,
15-20 ədəd arpa, yəni xırda soğan,
4-5 diş sarımsaq,
4-5 ədəd acı yaşıl bibər,
3 ədəd pomidor,
1 stəkan ət suyu,
quru kəklikotu,
1 soğanın suyu,
30 milli litr alma sirkəsi,
Zövqə görə duz, qara bibər və qırmızı toz bibər.
Kiçik (quşbaşı) doğranmış ətləri bir qabın içinə qoyun, üzərinə soğan suyu, alma sirkəsi, duz və qara bibər əlavə edib qarışığı soyuducuda 20 dəqiqə saxlayın. Bu arada günəbaxan və kərə yağlarını tavaya tökün istilənsin. Bayaqkı qarışığı soyuducudan çıxarıb suyunu süzün, yağda 15 dəqiqə orta odda qovurun. Sonra arpa soğan və diş sarımsaqları əlavə edin, qarışdıra-qarışdıra 5 dəqiqə qovurmağa davam edin. Daha sonra iri doğranmış bibərləri qarışığın üzərinə töküb yenə 5 dəqiqə qovurun. Küp doğradığınız pomidorları da əlavə edərək əvvəlki şəkildə qarışdırıb qovurmağa davam edin. Ət suyu və quru kəklikotundan başqa digər ədviyyatları üzərinə töküb qazın odunu azaldın. Ətləri qazanda qapağı bağlı olaraq yumşalana qədər təxminən 40 dəqiqə bişirin. Qazın üzərindən götürdükdən sonra kəklikotunu səpin, isti-isti süfrəyə gətirin. Nuş olsun.
(TRT)