Bəziləri olduqca nadir görünən və genlərlə miras qalan, bəziləri isə daha sonra əldə edilə bilən və ya edilməsi mümkün olmayan hərəkətlər var. Bu hərəkətləri etmək bəzi hallarda xoşagəlməz nəticələr də verə bilər.
Lent.az həmin hərəkətlər haqqında məlumatları təqdim edir:
Dil bükmək
Dili müxtəlif yollarla bükmək, ağzınızın içərisində yana çevirmək bacarığı, genə məxsus xüsusiyyətlərdir və insanların çoxu bunu edə bilmir.
Beyin gücü
Kresloda oturun. Sağ ayağınızla saat yönündə dairələr çəkin. Eyni zamanda sağ əlinizlə 6 rəqəmini çəkməyə çalışın. (6-nızın dairəyə çevrilmədiyinə əmin olun)
Asqırarkən gözləri açıq saxlamaq
Asqırarkən gözləri açıq saxlamaq mümkün deyil. Bunu edə bilsəydiniz, gözləriniz yerindən çıxa bilərdi.
Dirsəyi yalamaq
Bir insanın dirsəyini yalaması o qədər də imkansız deyil. Əgər bacarırsansa, deməli, min insandan birisən.
Qaşın birini qaldırmaq
Bu, digər hərəkətlərdən daha sadədir və bir az məşq etməklə əldə edilə bilər. Ancaq iki qaşı bir-birindən asılı olmadan hərəkət etdirmək bir qədər çətindir.
Qulaq oynatmaq
Bacarsanız, yenə də yüzdə 10 insandan biri hesab olunursunuz. Bacara bilmirsinizsə və çox vaxtınız varsa, cəhd edin, bəlkə də alınacaq.
Dili buruna toxundurmaq
Diliniz kifayət qədər uzun deyilsə, bu, etmək mümkün olmayan hərəkətlərdən biridir.
Kağızı qatlamaq
Kağız inanılmaz dərəcədə incə olmasa, ortadan ikiyə hesablanaraq 7 dəfədən çox qatlaya bilməzsiniz.
Ləbləbi tozu
Bir dəfəyə bir stəkan ləbləbi tozunu yeməyə çalışın.
“Sprite” və banan
1 litr “Sprite” və 2 bananı ardıcıl qəbul edin. Ancaq bunu edərkən xalçaların üzərində dayanmamağa diqqət edin.