2020-ci ilin yay ayaqqabı trendi
04 iyun 2020 16:14 (UTC +04:00)

2020-ci ilin yay ayaqqabı trendi

Gündəlik həyatımızda istifadə olunan ən vacib şey ayaqqabılardır. Dəblə seçilmiş ayaqqabı sadə görünüşü bir anda dəyişə bilər. Buna görə də qadınların bir çoxu dəbi izləyir, trenddə olan məhsulları almaqla görünüşündə dəyişikliklər yaradır. Görəsən, bu yayın ayaqqabı trendi nələrdir?

Lent.az 2020-ci ilin yay ayaqqabı trendlərini təqdim edir:

Əvvəlcə onu qeyd edək ki, yay üçün rəngli və rahat ayaqqabılar ilin dəbidir.

Yerdən yüksəkdə...

Olduqca hündür, eyni zamanda rahat olan bu ayaqqabılar 70-ci illərin dəbini geri qaytarır. Daha çox retro tərzini xatırladan arxası açıq qabağı bağlı hündür ayaqqabılar 2020-ci ildə tez-tez görəcəyimiz formadır. 

Mari Ceyn  eşqinə…

Rahat, dabansız, qapalı və rəngli ayaqqabılar... Nostalji hisslər yaradan bu ayaqqabıların üzəri müncüqlarla bəzədilən formaları da var. Bir dönəm dəbdə olan “Mary Jane” tərzi, stilettoya qoyulan zərif bağlar geri qayıdır.

Topuqda düyümlənən...

Yay aylarında ayaqların çılpaqlığını önə çıxaran ipli ayaqqabılar.. Topuqda dolanan iplər istənilən geyimə yenilik gətirə bilər. Topuqlarda düyümlənən barmaq arası və gladiator stil sandaletləri bütün mağazaların piştaxtalarında rast gəlmək olar.

Çəkələk...

Yarım bağlı, çəkələk tipli ayaqqabılar da bir sıra brendlərin kolleksiyalarının başında gəlir. 

Diqqət dabana…

Fərqli tərzdə dabanlar 2020-ci ildə tez-tez qarşımıza çıxdı. Bu model ayaqqabılar həm də yayın trendi olacaq.

Tərlik

Hər qadının qarderobunun olmazsa olmazı tərliklərdir. Bu ayaqqabılar ayağı sərin saxlamaqla yanaşı, onun rahatlığını da təmin edir. Dəb və rahatlığınızın ikisini bir arada təmin etmək istəyirsinizsə, o zaman bu ayaqqabılar doğru seçim olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6079
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar