Türkiyə vətəndaşına  40 min manatlıq   dələduzluq edənə HÖKM OXUNDU
11 sentyabr 2023 12:55 (UTC +04:00)

Türkiyə vətəndaşına 40 min manatlıq dələduzluq edənə HÖKM OXUNDU

Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edən şəxsə hökm oxunub.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Elnur Şıxəhmədliyə cəza verilib.

“Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaça 40 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Elnur Şıxəhmədli 9 il azadlıqdan məhrum edilib.

Hadisə 2019-cu ildə Nəsimi rayon ərazində baş verib.

Rayon ərazisində yerləşən “Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayər edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən ümumilikdə 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3017

Oxşar yazılar