Toyda qardaşları bıçaqlayan tutuldu
02 iyun 2023 10:58 (UTC +04:00)

Toyda qardaşları bıçaqlayan tutuldu

Hacıqabulda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 1-də saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub.

Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, toy şənliyində 34 yaşlı Quliyev Amid Elşad oğlu və 38 yaşlı Quliyev Elşən Elşad oğlu bıçaq xəsarəti alıblar.

# 2124
avatar

Oxşar yazılar