2 qardaş toyda bıçaqlandı
02 iyun 2023 01:11 (UTC +04:00)

2 qardaş toyda bıçaqlandı

Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Quliyev Amid Elşad oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşən Elşad oğluna bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirlib. Onlardan biri əməliyyata götürülüb. Hadisənin təfərrüatları və kim tərəfindən törədilməsi barədə əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.
 

# 1341
avatar

Oxşar yazılar