Taksi sürücüsünə bıçaq çəkib maşınını əlindən aldılar
06 avqust 2024 11:19 (UTC +04:00)

Taksi sürücüsünə bıçaq çəkib maşınını əlindən aldılar

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 6-da gecə saat 3 radələrində paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində baş verib. Taksi sifariş etmiş 2 nəfərin sürücünü döyüb bıçaqla hədələyərək “Chevrolet” markalı avtomobilini ondan almaları və avtomobillə hadisə yerindən qaçmaları barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən 37 yaşlı Əli Kazımlı və 30 yaşlı Şamil Rzayev Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar