Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar şəhərinin Sultandağı qəsəbəsində baş verib. Burada avtomobilin sükanı arxasında boğazı kəsilmiş kişi meyitinin tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Aparılan araşdırmalarla 43 yaşlı Arif Köçerin boğazı kəsilərək öldürüldüyü müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində onun iki qohumu cinayətdə şübhəli bilinərək saxlanılıb.
Araşdırma aparılır.