Tomsk vilayətində spirtli içkinin təsiri altında olan iki kişi çağırdıqları qadın feldşeri döyərək öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə İştan qəsəbəsində baş verib. Spirtli içki içən Fərid B. və dostu Andrey B.-nın halı pisləşib. Onlardan birinin zarafatı isə digərinin yanıq xəsarətləri alması ilə nəticələnib.
Belə olan halda, onlar kəndin yeganə həkimi Olqa Z.-nı evə çağırıblar. Ancaq qadın həkim evə çatanda dostlar ona hücum edərək başını əziblər, sonra isə sakitcə yatağa gediblər.
Səhər saatlarında içkinin təsirindən ayılan cinayətkarlar etdiklərini görüb və meyiti zirzəmidə gizlətməyə çalışıblar. Lakin polis dərhal itkin düşən feldşerin axtarışına başlayıblar.
Polisin keçirdiyi əməliyyat nəticəsində hər iki şübhəli həbs edilib.
Həkim Olqa Z.