Şamaxıda ər arvadını bıçaqladı
12 sentyabr 2023 22:32 (UTC +04:00)

Şamaxıda ər arvadını bıçaqladı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri, 26 yaşlı Elmira Babayeva və 23 yaşlı Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E. Babayevanın əri, 27 yaşlı Novruz Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3981

Oxşar yazılar