Rusiyanın Yekaterinburq şəhərində məskunlaşan "qanuni oğru" Giya Sverdlovski ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Lent.az-ın məlumatına görə, o, həddindən artıq narkotik qəbul etdiyinə görə komaya düşüb.
Sverdlovski "Ded Xasan"ın bacısı oğlu sayılır. O, dayısına görə Rövşən Lənkəranskini qan düşməni elan etmişdi.
“Qanuni oğru” Yekaterinburq şəhərinə nəzarəti ələ keçirmək istəsə də, buna nail olmamışdı.