Qısqanc kişi arvadının ağzında bomba partlatdı
08 avqust 2024 18:15 (UTC +04:00)

Qısqanc kişi arvadının ağzında bomba partlatdı

Tailandda kişi arvadını vəhşicəsinə öldürüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə May Honq Son əyalətində baş verib. 54 yaşlı Yon qısqanclıq səbəbilə arvadı 53 yaşlı Luenin ağzına bomba qoyub və onu partladıb.

Hadisə yerinə gələn polislər qadının başı partlamış bədənini tapıblar. Yon qətli törətmədiyini deyərək, cinayətdən boyun qaçırmağa çalışıb. O deyib ki, hadisəni evə soxulan yad adam törədib. Lakin qonşular onun daim sərxoş olduğunu, tez-tez arvadı ilə dalaşdığını və həddən artıq qısqanc olduğunu bildiriblər.

Qadının meyiti müayinə üçün meyitxanaya aparılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar