Bakıda evlərdən silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlanıb. Baş Cinayət Axtarışı, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.