Polisdən ƏMƏLİYYAT:  35 nəfər saxlanıldı - VİDEO
03 avqust 2024 10:53 (UTC +04:00)

Polisdən ƏMƏLİYYAT: 35 nəfər saxlanıldı - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 34 əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə narkoşəbəkənin daha 35 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 12-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub.

Əməliyyatlarla 120 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, 4 min ədəd psixotrop tərkibli metadon, eləcə də preqabalin həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, qeyd edilən dövrdə “xaş-xaş 2024” tədbirləri çərçivəsində çəkisi 4275 kiloqram olan 6340 ədəd yabanı halda bitən çətənə kolu da məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

Oxşar yazılar