Polis həmkarını küçənin ortasında öldürdü
28 fevral 2024 11:15 (UTC +04:00)

Polis həmkarını küçənin ortasında öldürdü

Türkiyədə polis həmkarını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhəri Muratpaşa məhəlləsində qeydə alınıb.

Məhəllədə boşaldılan bir binada oğurluğun qarşısını almaq üçün keşik çəkən Muratpaşa Bələdiyyəsinin polis məmurları 60 yaşlı İsmayıl Kanmazla 36 yaşlı Erdal Vuran arasında mobbinq (biri digərinə psixi təsir etmək) səbəbilə mübahisə düşüb.

Mübahisə davaya çevrildikdən sonra Erdal Vuran çörək bıçağı ilə İsmayıl Kanmazın bel və boyun nahiyəsinə 7 bıçaq zərbəsi vurub.

Xəstəxanaya yerləşdirilən Kanmazı xilas etmək mümkün olmayıb. Erdal Vuran saxlanılaraq polis bölməsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Oxşar yazılar