"Nəyə baxırsan?" deyib yarım saata 4 nəfəri bıçaqladı
09 avqust 2024 17:36 (UTC +04:00)

"Nəyə baxırsan?" deyib yarım saata 4 nəfəri bıçaqladı

Türkiyədə yeniyetmə yarım saata 4 nəfəri bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Kocaeli şəhərinin İzmit qəsəbəsində baş verib. 17 yaşlı G.Ö.S. günorta saatlarında bir-birinə yaxın küçələrdə 4 gənci bıçaqlayıb. Ard-arda bıçaqlanma müraciətləri əsasında polis ərazidə axtarışlara başlayıb.

G.Ö.S. gecə saatlarında saxlanılıb. Yaralılar isə xəstəxanaya yerləşdirilib və hər birinin durumu yaxşıdır. Bir-birini və cinayətkarı tanımayan yaralılar bildiriblər ki, G.Ö.S. hər birinə “Nəyə baxırsan?” dedikdən sonra onları bıçaqlayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432
avatar

Oxşar yazılar