Nehrəmdəki qətllə bağlı YENİ XƏBƏR
14 aprel 2023 12:19 (UTC +04:00)

Nehrəmdəki qətllə bağlı YENİ XƏBƏR

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 18 yaşlı Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
  
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ibtidai istintaqla 18 yaşlı Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Oxşar yazılar