Naxçıvanda 20 il əvvəl qətl törədən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğunun əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.
E.Tarverdiyev tutularaq istintaq təhvil verilib. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.