Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İbrahim Yolçuyev və Aydın Məlikova hökm oxunub.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, İbrahim Yolçuyev 9 il, Aydın Məlikov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən hər iki təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs ötən ilin mayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onlardan ümumilikdə 2 kilodan artıq heroin götürülüb.
Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.