Narkotacirlər azərbaycanlı tələbəni cinsi istismar etdilər
06 may 2023 14:56 (UTC +04:00)

Narkotacirlər azərbaycanlı tələbəni cinsi istismar etdilər

Türkiyədə azərbaycanlı tələbənin də üzvü olduğu narkotacir şəbəkəsi ifşa edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, narkotacir şəbəkəsinin üzvü olan azərbaycanlı tələbə 24 yaşlı A.S.K Zonquldaq Bülent Ecevit univeristeti yaxınlığında silahı itə tuşlayıb. Bunu görənlər universitetin mühafizə xidmətinə məlumat veriblər. Mühafizəçilərin gəldiyini görən A.S.K qaçıb. Qaçarkən silahı əlindən düşüb.

Polis əməkdaşları həmin silahı götürüb və A.S.K-nın axtarışlarına başlayıblar. Azərbaycanlı tələbə üçün dəhşət də bundan sonra başlayır. Belə ki, üzvü olduğu narkotacir şəbəkəsi onu bir evə apararaq olmazın işgəncələr veriblər. Məlumata görə, o burada cinsi istismar edilib və digər işgəncələrə məruz qalıb. Cinayətkar dəstə üzvləri həmin anların görüntüləri ilə A.S.K-nın ailəsindən 500 min lirə (təxminən 43 min 600 manat) məbləğində pul istəyiblər.

Cinayətkar dəstədən xilas olan A.S.K polisə gedərək başına gələnləri və dəstənin fəaliyyətini açıqlayıb. Həmçinin tələbə əvvəllər dəstə tərəfindən hədələndiyi üçün polisə gələ bilməməsini bildirib.

Tələbənin etiraflarından sonra polis əməkdaşları kənardan şəhərə narkotik maddələr gətirən və tələbələri kuryerliyə cəlb etdikləri deyilən dəstə üzvlərinə qarşı əməliyyat keçirib. Nəticədə dəstənin rəhbərləri Ayxan. K. və oğlu Səməd. K., həmçinin daha 6 üzv saxlanılıb.

Polis idarəsində ifadələri alınan A.S.K və 8 dəstə üzvü narkotik ticarəti, qanunsuz azadlıqdan məhrum etmə, soyğunçuluq, şantaj, quldurluq, hədələmək, işgəncə, qanunsuz silah saxlamaq və avtomobil oğurluğu kimi ittihamlarla barələrində cinayət işi başladılıb. İşgəncələr səbəbilə A.S.K.-nın üzündə qançırlar olduğu, qoluna gips vurulduğu müəyyən edilib.

Araşdırmalar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4539
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30