Tatarıstanın Naberejnıye Çelnı şəhərində iki miqrant xüsusi təyinatlı qırıcı pilotunun anasını parçalayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın oğluna Orta Asiyadan olan 22 yaşlı miqrantla eşq yaşadığı üçün ərindən boşandığını deyib və ipoteka üçün 450 min rubl (təxminən 8370 manat) istəyib. Oğlu pulu köçürüb. Tezliklə pilota məzuniyyət verilib və o, anasının yanına gedib. Lakin evdə onunla qardaşı və atası qarşılaşıb.
Ailə qadını axtarmağa başlayıb, lakin o, nə işdə, nə də kirayədə qaldığı mənzildə olub. Daha sonra kişilər polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları videomüşahidə kameraları əsasında müəyyən ediblər ki, dekabrın 22-də iki naməlum şəxs qadının yaşadığı evin girişindən paketlərlə çıxaraq onları kanalizasiyaya atıblar.
Naməlum şəxslərin kimliyi müəyyən edilib. Onların ananın sevgilisi və onun 27 yaşlı qardaşı olduğu üzə çıxıb. Məlum olub ki, onlar qadını zorlayıb və onun meyitini hissə-hissə məhv ediblər. Bundan sonra miqrantlar mənzili qarət ediblər.