Mingəçevirdə 2 nəfər bir-birini  bıçaqladı
03 avqust 2024 09:24 (UTC +04:00)

Mingəçevirdə 2 nəfər bir-birini bıçaqladı

Mingəçevirdə bıçaqlanma olub.

Lent.az xəbər verir ki, avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 37 yaşlı Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

Mehman Nəbiyev

Oxşar yazılar